“Silk Way” hava gəmiləri parkına daha bir “Boeing 747” yük təyyarəsi əlavə edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Silk Way” hava gəmiləri parkına daha bir “Boeing 747” yük təyyarəsi əlavə edib

16:43 - 27 / 11 / 2018
“Silk Way” hava gəmiləri parkına daha bir “Boeing 747” yük təyyarəsi əlavə edib

Azərbaycanın milli yük aviadaşıyıcısı “Silk Way”-in sərəncamına daha bir “Boeing 747-400” təyyarəsi daxil olub.

1news.az-ın məlumatına görə, bu, aviaşirkət tərəfindən istismar olunacaq artıq onuncu “Boeing-747” tipli təyyarədir.

Qeyd edək ki, yeni təyyarənin tədarükü aviaşirkətə uçuş coğrafiyasını daha da genişləndirməyə imkan verəcək.

Son 10 il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu yük aviadaşımalarının böyük logistik mərkəzinə çevrilib. Bu gün Azərbaycanın mülki aviasiyası özünü Şərq və Qərbi birləşdirən Böyük İpək Yolu layihəsinin rəsmi aviadaşıyıcısı kimi tanıdıb.

Yükdaşıma bazarında özünü çox yaxşı sübut etmiş yeni genişfüzelyajlı uzaq magistrallı “Boeing 747-8F” təyyarələrinin alınması bu strategiyanın həyata keçirilməsinin mühüm bir hissəsidir.

1news.az

Paylaş:
606

Son xəbərlər

Bütün xəbərlər