Bankdakı kimi etibarlı – Expressbank depozit qutuları təklif edir
Pul, zinət əşyaları, vacib sənədlər və qiymətli kağızların evdə saxlanılması təhlükəsizlik nöqteyi-nəzərindən nə qədər düzgün olduğu barədə düşünmüsünüz?
Hətta seyf lazımi dərəcədə qorumur. Bəs tam etibarlı yer hara ola bilər?
Expressbank dəyərli əşyaların 100% təhlükəsiz saxlanması üçün yaradılmış bir xidmət təklif edir – depozit qutusu.
Depozit qutusu bankın etibarlı mühafizəsi altında olan bir seyfdir. Sənədlər və ya zinət əşyaları orada olarkən, rahat yatmaq olar – onların qayğısını bank öz üzərinə götürür. Qutunun tərkibi haqqında məlumat tam məxfi qalacaq, əşyalar və pulları isə bankın iş saatları çərçivəsində istənilən zaman qutudan götürmək mümkündür.
Yusif Vəzir Çəmənzəminli küc., 134C ünvanında yerləşən filialda Expressbank bir necə ölçüdə və 1, 3, 6, 12 aylıq icarə müddətinə qutular təklif edir. Depozit qutularının tarifləri icarə müddəti və ölçüsünə görə fərqlənir və aylıq 12,5 AZN-dən başlayır. Qutunu həm fiziki, həm hüquqi şəxs icarəyə götürə bilər.
Expressbank müxtəlif xidmətlər göstərən, 16 filialdan ibarət şəbəkəyə malik, ölkənin aparıcı banklarından biridir.
Bank xidmətləri haqqında ətraflı məlumatı www.expressbank.az saytından, həmçinin sosial şəbəkələrdən əldə edə bilərsiniz:
https://www.facebook.com/Expressbank/
https://www.instagram.com/expressbank_official/
Reklam hüququnda