Əflatun Amaşov Yerevanda məsciddə olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əflatun Amaşov Yerevanda məsciddə olub – FOTO

10:30 - 29 / 11 / 2018
Əflatun Amaşov Yerevanda məsciddə olub – FOTO

Milli Məclisin deputatları Azərbaycanın tarixi memarlıq abidəsi olan Yerevandakı Göy Məsciddə olublar.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə millət vəkili Əflatun Amaşov sosial şəbəkələrdə məlumat paylaşıb.

“Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri səkkiz məsciddən biri olub.

Zaman ötdükcə başına çox bəlalar gəlib: 24 metrlik dörd minarəsinin üçü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, iki dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”, - deyə millət vəkili qeyd edib.

Əflatun Amaşov Göy Məsciddən fotolar da paylaşıb.

S.Xankişiyeva

 

Paylaş:
473

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər