“Nar”  “BakuTel-2018” sərgisində iştirak edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Nar”  “BakuTel-2018” sərgisində iştirak edəcək

17:35 - 30 / 11 / 2018
“Nar”  “BakuTel-2018” sərgisində iştirak edəcək

“Nar” 4-7 dekabr tarixlərində keçiriləcək 24-cü “BakuTel-2018” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edəcək.

Mobil operator hər il olduğu kimi bu il də ənənəvi keçirilən sərgidə özünün ən son yeniliklərini nümayiş etdirəcək.

Dörd gün ərzində davam edəcək sərgidə “Nar” Azərbaycan telekommunikasiya bazarında ilk dəfə tətbiq etdiyi, istənilən məkanda və vaxtda smartfonlarda 100-ə qədər seçilmiş yerli, regional və beynəlxalq televiziya kanallarına giriş imkanı verən “Nar TV” tətbiqini, 4G şəbəkəsinin əhatə etdiyi hər yerdə 30-dan artıq cihazı eyni anda internetə qoşa bilən naqilsiz “Nar Wi-Fi” ruterini təqdim edəcək. “Nar” stendinin ziyarətçiləri “Nar TV”  tətbiqi və “Nar  Wi-Fi” ruteri ilə əyani tanış olmaqla yanaşı, ilk dəfə sınaqdan da keçirə biləcəklər.

Sərgi iştirakçıları eyni zamanda ölkədaxili danışıq dəqiqələri ilə bol internetin daxil olduğu 6 müxtəlif “Full” paketləri haqqında məlumatlar alacaq. Qonaqlar virtual reallıq oyunu vasitəsilə “Nar” 4G sürətini hiss edə biləcəklər.

Sərgi günlərində “Nar” stendində texnoloji yeniliklərlə yanaşı, əyləncəli yarışlar, müsabiqələr, maraqlı oyunlar da keçiriləcək. Sərginin keçiriləcəyi günlərdə “Nar” stendinə yaxınlaşan insanlar müxtəlif hədiyyələr əldə etməklə yanaşı, müsabiqədə iştirak edib müasir smartfon - “Samsung Galaxy Note 9” qazana bilərlər. Qeyd edək ki, müsabiqənin qalibi sərginin sonuncu günü elan ediləcək.

Mobil operator hər kəsi 4-7 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 24-cü beynəlxalq “BakuTel-2018” -Telekommunikasiya və informasiya texnologiyaları sərgisindəki “Nar” stendinə dəvət edir. 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Reklam hüququnda

Paylaş:
424

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər