İranlı nazir Bakıya gəlir

İranın Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Cəhromi “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında iştirak etmək üçün bu gün Azərbaycana səfər edəcək.
İranın Bakıdakı səfirliyindən 1news.az-a verilən məlumata görə, nazir "Bakutel" sərgisinə baş çəkəcək, "Caspian İnnovasiya" konfransında çıxış edəcəyi gözlənilir. Həmçinin o, Azərbaycan, Türkiyə, Rusiya və İran rabitə nazirlərinin dördtərəfli görüşündə iştirak edəcəkdir.
İranlı nazir adıçəkilən ölkələrin rabitə nazirləri ilə ikitərəfli şəkildə görüşərək əməkdaşlığın inkişafı haqqında fikir mübadiləsi aparacaq.
Qeyd etmək lazımdır ki, 14 İran şirkəti 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında iştirak edəcəkdir.
P.Sultanova