“Toyota” Tokio 2020 Olimpiya Məşəli Estafetinin təqdimatçı tərəfdaşına çevrilir – FOTO
Noyabrın 30-da Yaponiyanın “Toyota” şirkəti Tokio 2020 Olimpiya Məşəli Estafetinin təqdimatçı tərəfdaşı olmaq üçün Olimpiya və Paraolimpiya Oyunlarının Təşkilat Komitəsi (Tokio 2020 Təşkilat Komitəsi) ilə əməkdaşlıq etdiyini bəyan edib.
Şirkətin məqsədi Tokio 2020 Olimpiya Məşəli Estafetinin tərəfdaşlığı vasitəsilə oyunlara marağı artırmaq, eyni zamanda fəlakətdən zərər çəkmiş ərazilərdə fəaliyyət göstərən maraqlı tərəflərə öz məmnuniyyətini bildirmək də daxil olmaqla, Yaponiyadakı insanların yaşayışını dəstəkləmək və məşəlçilərin cəlb olunması üçün kampaniya, olimpiya məşəlinin estafeti və əlaqədar tədbirlər kimi fəaliyyətlər vasitəsilə yerli tərəfdaşlarla əlaqələri dərinləşdirməkdir. “Toyota” mobillik naminə rəsmi tərəfdaş kimi Olimpiya Məşəli Estafetində həm də aparıcı maşını təmin edən və yeni, maraqlı mobillik texnologiyalarını nümayiş etdirən nəqliyyat vasitələri ilə iştirak edəcək.
“Toyota”nın cari icraçı vitse-prezidenti Mitsuru Kavai şirkətin əsas nümayəndələrindən biri kimi 1998-ci ildə Naqano şəhərində keçirilən Qış Olimpiya Oyunlarında məşəlçi təyin olunub. Kavai Olimpiya Məşəli Estafetinin əhəmiyyətinə toxunaraq deyib:
“Məşəl Olimpiyadanın ruhunu təmsil edir. Mən 1998-ci ildə Naqano şəhərində məşəli daşıyarkən məşəlin məsuliyyəti və əzəmətli tarixi vasitəsilə onun daşıdığı yükü hiss etdiyimi xatırlayıram. Toyota hər bir şəxsin imkansız hesab etdiyi maneələrin öhdəsindən gələ biləcəyi açıq cəmiyyətin yaradılmasına yardım etmək istəyir və sizə deyə bilərəm ki, “Toyota” şirkətinin bütün üzvləri təşkilat komitəsinin məşəl estafeti üzrə “Ümid yolumuzu işıqlandırır” konsepsiyasını dəstəkləmək üçün şirkət kimi öz gücünü birləşdirməyə hazırdır”.
“Toyota” şirkəti 2018-ci ildə Buenos-Ayros şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında Hilux və Prius avtomobillərini təmin etməklə, oyunları dəstəkləyib. “Toyota”nın nəqliyyat vasitələri eyni zamanda Yaponiyanın keçmişdə ev sahibliyi etdiyi bütün Olimpiya Oyunlarında, yəni 1964-cü ildə Tokio, 1972-ci ildə Sapporo və 1998-ci ildə Naqano şəhərində keçirilmiş oyunlarda istifadə edilib.
Crown Eight 1964-cü ildə Tokio şəhərində Olimpiya Məşəli Estafetində istifadə edilib.
Harrier və 1-ci nəsil Prius 1998-ci ildə – Naqano şəhərində Olimpiya Məşəli Estafetində istifadə edilib.
“Toyota” şirkəti 2015-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) mobillik naminə rəsmi ümumdünya tərəfdaşına çevrilib və indi ən son mobillik xidmətlərini, təcrübə və texnologiyaları təmin etməklə, 2020-ci ildə Tokioda keçiriləcək oyunların rəvan icrasına töhfə verməyi hədəfləyir. “Toyota” həmçinin idman və ilkin səviyyəli ictimai fəaliyyətlər vasitəsilə oyunlarla bağlı gözləntilərin formalaşmasına da yardım edir.
“Toyota”nın ən yüksək səviyyəli Olimpiya tərəfdaşlığı və ümumdünya Paralimpiya tərəfdaşlığı haqqında:
“Toyota” 2015-ci ildə BOK-un və BPK-nın mobillik naminə rəsmi ümumdünya tərəfdaşı seçilib. Bu tərəfdaşlıq 2018-ci ildə Koreyanın Pyonq Çanq şəhərində keçirilmiş Qış Olimpiya və Paralimpiya Oyunlarını, 2022-ci ildə Pekində (Çin) keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarını, 2020-ci ildə Tokioda (Yaponiya), 2024-cü ildə isə Parisdə (Fransa) keçiriləcək Olimpiya Oyunlarını əhatə edən 2017-2024-cü illər üzrə nəzərdə tutulub. Bir tərəfdaş kimi “Toyota” şirkətinin məqsədi idman növləri vasitəsilə ayrı-seçkiliyin olmadığı sülhsevər cəmiyyətin yaradılmasını və mobillik vasitəsilə dayanıqlı cəmiyyətin yaradılması üzrə öhdəliklərin yerinə yetirilməsini təşviq etməkdir. “Toyota”nın davamlı inkişaf və insanlara hörmət ilə bağlı dəyərlərini Olimpiya və Paralimpiya Oyunları da dəstəkləyir. Bu da insan potensialının ən yüksək səviyyədə tətbiq edilməsini qeyd etmək üçün bütün dünyanı dostluq və həmrəylik mühitində birləşdirir. “Toyota” mobillik xidmətinin avtomobil sənayesinin əhatə dairəsindən kənara çıxdığını düşünür; bu, çətinliklərin öhdəsindən gəlməyi və şirkətin “İmkansız hesab etdiyin fəaliyyətlərdən başla” adlı korporativ təşəbbüsündə nəzərdə tutulmuş arzuları reallaşdırmağı hədəfləyir. Bu, həm də avtomobil şirkətindən mobillik şirkətinə transformasiya üçün zəmin rolunu oynayır. Fəaliyyət azadlığı olduqda, istənilən işin öhdəsindən gəlmək mümkündür.
İstinad: Yaponiyada keçirilmiş keçmiş Olimpiya Oyunlarında istifadə edilmiş “Toyota” şirkətinə məxsus nəqliyyat vasitələri: