Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq

08:59 - Bu gün
Bu ərazidə elektrik enerjisinin verilişində fasilə yaranacaq

Mərdəkan qəsəbəsinin bir hissəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

1news.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq “Şağan-1” yarımstansiyasında 148 saylı Komplekt Transformator Məntəqəsindən (KTM) çıxan 6 kV-luq hava xəttində təmir işi aparılacaq.

Bununla əlaqədar olaraq saat 13 noyabr tarixində saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsi 28 may və Cəfər Rəmzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən küçələr daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər