Azərbaycanda 9 kredit ittifaqının lisenziyası ləğv olunub | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda 9 kredit ittifaqının lisenziyası ləğv olunub

12:11 - 03 / 12 / 2018
Azərbaycanda 9 kredit ittifaqının lisenziyası ləğv olunub

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin qərarı ilə Azərbaycanda fəaliyyət göstərən 9 kredit ittifaqının lisenziyası ləğv olunub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunlar Şərur rayonundakı “Cavid”, Beyləqan rayonundakı “Ekonom” və “Şahsevən”, Bərdə rayonundakı “Fermer-Marketinq”, Şəki şəhərindəki “Göyçə” və “Nicat”, Bakı şəhərindəki “M.F.”, İmişli rayonundakı “Mirqasım” və Salyan rayonundakı “Üç qardaş” kredit ittifaqlarıdır.

Son nəticədə ölkədə kredit ittifaqlarının sayı 70-dən 61-ə düşüb.

S.Xankişiyeva

 

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər