Bakıda gənc oğlandan dəhşətli əməl: tələbə yoldaşını tualetdə ... | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda gənc oğlandan dəhşətli əməl: tələbə yoldaşını tualetdə ...

11:08 - 04 / 12 / 2018
Bakıda gənc oğlandan dəhşətli əməl: tələbə yoldaşını tualetdə ...

Bakıda universitetdə bıçaqlanma hadisəsi baş verib.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetinin əsas binasının sanitar qovşağında 3-cü kurs tələbəsi İbrahimov Rəşad Akif oğlu tələbə yoldaşını bıçaqlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan 1995-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu qan içində xəstəxanaya aparılıb.

Kürək və qarın nahiyəsindən daxilə nüfuz etmiş ağır xəsarətlər alan Yusif Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

1news.az

Paylaş:
585

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər