Hər yerdə asanlıqla idarəetmə – Rolls-Royce Cullinan avtomobilinin Azərbaycanda təqdimatı – FOTO

Azərbaycanda yeni Rolls-Royce Cullinan avtomobilinin təqdimatı keçirilib.
Dünyanın bir çox şəhərlərində təqdim edildikdən sonra avtomobil Bakıda da eksklüziv gecə tədbiri zamanı ilk dəfə ictimaiyyətə təqdim olunub.
Böyük Britaniyanın Bakıdakı Səfirliyinin müavini Filip Berkley təqdimatda çıxış edərək bildirib:
“BK-nın dəbdəbəli əşyalar sənayesi Böyük Britaniyada və dünyada iş yerləri yaratmağa kömək edən davamlı olaraq artan investisiya səviyyələrini göstərir. Məşhur “Ruhun ekstazı” ingilislər üçün misli bərabəri olmayan emblemdir və biz, ilk 4x4 Rolls-Royce avtomobilini Azərbaycana təqdim etməkdən məmnunluğumuzu ifadə edirik”.
“Rolls-Royce Cullinan gündəlik idarəetmədə olduqca universal dəbdəbə və yolda rahatlıq təklif edir. Bu yeni avtomobil hər yerdə asanlıqla idarə olunur və sahibinin cəsarət edərək seçdiyi istənilən məkanda asan idarəetməni təmin edir” – deyə, Şərqi Avropa və Mərkəzi Asiya üzrə korporativ əlaqələr şöbəsinin rəhbəri Frank Tiemann bildirib.
Rolls-Royce Cullinan müştərilərin əsl yolsuzluq şəraitində dəbdəbə ilə səyahət etmək xəyalını gerçəkləşdirmək istəklərinin cavabıdır. Buna görə də, tamamilə yeni, alüminium “Dəbdəbə memarlığı”nda ikinci yeni Rolls-Royce olmaqla (birincisi bu il təqdim olunan Rolls-Royce Phantom) Cullinan digər marka və ya modellərlə platformalar paylaşmır.
“Dizaynerlərimiz “Dəbdəbə memarlığı”ndan istifadə edərək öz həyat tərzində məhdudiyyətləri qəbul etməyənlər üçün sözün əsl mənasında unikal və heç bir güzəştə yol verməyən bir nəqliyyat vasitəsi yaradıblar” - deyə, Tiemann sözlərinə davam edib.
İndiyə kimi tapılmış ən böyük almazın şərəfinə adlandırılan hər yerdə idarə oluna bilən ilk geniş salonlu Rolls-Royce avtomobili hər hansı bir maneəni dəf etməyə və istənilən məntəqəyə çatmağa qadir, yolsuzluq şəraitində idarə olunan əvəzsiz avtomobildir. Bütün planetdə onlarla yol sınaqları göstərilib ki, avtomobilin sərt ərazidə belə etibarlı şəkildə və sürətlə idarə oluna bilib. Cullinan-ın inkişaf etmiş, tənzimlənə bilən pnevmatik asqısı istər yolsuzluq şəraitində, istərsə də asfalt üzərində istənilən yerdə məşhur Rolls-Royce “Sehrli xalçada uçuş”-u standartını təmin edir. Eyni zamanda SUV-seqmentində ilk həqiqi “üç qutulu” avtomobildir: daxili divarı baqaj bölməsindən ayrılaraq sərnişinlər üçün fərqli bir mühit yaradır.
Yeni 6.75-litrlik ikili turbo V12 Rolls-Royce mühərriki istənilən maneəni dəf etmək üçün lazım olan bütün yeni dörd təkərli ötürmə və tam ötürücülü sükan sistemi üçün 571ag/420kv və 850Nm/627lb ff dönmə momenti təmin edir.
Əsl Rolls-Royce avtomobili olmaqla Cullinan öz sahiblərinin müxtəlif həyat tərzləri üçün xüsusi olaraq hazırlanmış “Sifarişli suita” özəlliyi təklif edir. Ən məşhur seçimlərdən biri – hər bir Cullinan sahibinin məşğuliyyətinə uyğun avadanlıq və ləvazimatın saxlanıldığı xüsusi mühərrikli bir siyirmə olan istirahət kabinəsidir. Bu siyirmə, avtomobilin arxa bölməsində yerləşir və bir düyməyə toxunmaqla asanlıqla açılır. İstirahət kabinəsinin özəlliklərindən biri də Rolls-Royce Cullinan “Baxış zalıdır” – yalnız bir düyməyə basmaqla kabinənin içində iki ədəd hərəkət istiqamətinə qarşı çevrilmiş, ən yaxşı dəridən hazırlanmış kreslolar və kokteyl masası ortaya çıxacaq. Baxış zalı səyahətə çıxan hər bir kəs üçün salonda ən yaxşı yerdir.
“Cullinan lüks şəraitdə sizləri cümə günü axşam sürücü ilə operaya, şənbə günü aristokratik ziyafətə, həftənin sonu isə meşədəki iqamətgahınıza özünüz idarə edə biləcəyiniz Rolls-Royce avtomobilidir”, – deyə, “Rolls-Royce Motor Cars Baku” salonunun Brend meneceri Nurlan Pənahlı vurğuladı.
İlk müştərilər Cullinan-ı 2019-cu ilin birinci rübündə əldə edəcəklər.