Bakıda süpürgəçini maşın vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda süpürgəçini maşın vurdu

09:50 - 06 / 12 / 2018
Bakıda süpürgəçini maşın vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az-ın məlumatına görə, hadisə səhər saat 07:00 radələrində paytaxtın Heydər Əliyev prospektində, “Bağırov” körpüsünün yaxınlığında baş verib.

Ərazidə təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Muradova Almaxanım Pirağa qızı naməlum avtomobil tərəfindən vurulub.

Hadisə nəticəsində ağır xəsarət alan A.Muradova 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə,  xəstənin vəziyyəti ağırdır və reanimasiyada həkim nəzarətində saxlanılır.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
423

Son xəbərlər

Bütün xəbərlər