A-Qroup yenə də öndədir
Azərbaycan Sığortaçılar Assosiasiyasının rəsmi saytının (www.asa.az) versiyasına görə A-Qroup yenə də birinciliyi qoruyub saxlayıb.
Sığorta şirkətlərinin xidmət səviyyəsi və müştərilərə qarşı yanaşma üzrə aparılan reyninqə əsasən müştərilərin ən razı qaldığı sığorta şirkəti A-Qroup olub.
Bu reytinqin nəticəsi yenə də A-Qroup Sığorta Şirkətinin öz müştərilərinin qayğısına qalan və onlara yüksək keyfiyyətli, dünya standardlarına uyğun xidmətlər göstərən şirkət olduğunu təsdiq edir.
On minlərlə insan A-Qroup-a öz daşınmaz əmlakını, maşınlarını və ən əsası da öz sağlamlıqlarını etibar edirlər. A-Qroup-un müvəffəqiyyəti onun yüksək səviyyəli xidməti, kreativ yanaşması və işində peşəkarlığıdır.
Insure.az portalının təqdimatına görə xidmət və müştəri məmnuniyyəti səviyyəsinin müəyyən edilməsi üçün təşkil olunmuş reytinq cədvəlində ikinci yeri 24 balla “Atəşgah Sığorta” şirkəti tutur. 3, 4 və 5-ci yerlərin sahibləri isə “Qala Həyat Sığorta”, “Paşa Sığorta” və “Xalq Sığorta” şirkətləridir.
Reklam hüququnda