Kapital Bank-da “Könüllülər”in məzun günü keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank-da “Könüllülər”in məzun günü keçirilib

12:15 - 13 / 12 / 2018
Kapital Bank-da “Könüllülər”in məzun günü keçirilib

Kapital Bank gənclər üçün yeni “Könüllülər” proqramına başlayıb.

Layihə çərçivəsində gənclər Kapital Bank filiallarında təcrübə proqramında iştirak edib, bank xidmətləri barədə biliklərə yiyələniblər.

Dekabrın 11-də layihənin 2-ci buraxılışının məzun günü keçirilib və iştirakçılara müvafiq sertifikatlar təqdim edilib. Təcrübə zamanı yüksək nəticələr göstərən gənclərə isə mövcud vakansiyalar üzrə iş təklifi olunub.

Könüllülər ilk 2 həftə ərzində bankda nəzəri təlimlər keçiblər. Sonrakı 2 həftə ərzində təcrübə proqramında iştirak ediblər. Son 2 ay ərzində isə filiallarda könüllülər qismində müştərilərə xidmət göstəriblər. Həmçinin gənclərə yalnız məlumat xidmətinin iş prinsipi deyil, bank əməliyyatları, kreditlər, əmanətlər, ödəniş kartları, pul köçürmələri, müxtəlif xidmət tarifləri və digər mühüm istiqamətlər üzrə də məlumat verilib, həmçinin gündəlik iş prosesində onların da iştirakı təmin edilib.

Qeyd edək ki, layihə çərçivəsində 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində, həmçinin Kapital Bank-ın bir neçə paytaxt filialında “Yaşa” Mərkəzinin təqaüdçüləri könüllü şəkildə yaşlı müştərilərə xidmət göstəriblər. Layihəni keçirməkdə məqsəd, yaşlı müştərilərə məhz təqaüdçülər tərəfindən xidmət göstərməklə, onlarda özlərinə inam hissini artırmaq olub.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
628

Son xəbərlər

Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42Azərbaycanın Xalq rəssamı vəfat edibBu gün, 09:35Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıbBu gün, 09:29Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:18AMB noyabrın son valyuta məzənnələrini açıqladıBu gün, 09:10Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:05Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20
Bütün xəbərlər