“Azərişıq”dan abonentlərə vacib xəbərdarlıq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərişıq”dan abonentlərə vacib xəbərdarlıq

14:45 - 20 / 12 / 2018
“Azərişıq”dan abonentlərə vacib xəbərdarlıq

“Azərişıq” ASC-nin fəaliyyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dekabrın 25-də saat 12:00-dan etibarən, müvafiq qanunvericiliyə uyğun olaraq fərdi qaydada dayandırılır.

ASC-nin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc ödənilmədən şəbəkəyə özbaşına qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası qanunvericiliyinə uyğun “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

ASC-dən bildirilib ki, elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamaması üçün istifadə olunmuş elektrik enerjisi haqları dərhal ödənilməlidir.

Yaranmış borc ödənildikdən sonra istehlakçının elektrik enerjisi təchizatı yalnız “Azərişıq” ASC-nin əməkdaşı tərəfindən şəbəkəyə qoşula bilər.

S.Xankişiyeva

 

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər