Aeroport yolunda qəza olub

Bakıda ağır yol qəzası baş verib.
1news.az-ın publika.az-a istinadla verdiyi xəbərə görə, Hava limanına gedən yolun Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsindən keçən hissəsində 1967-ci il təvəllüdlü Dadaşov Dmitri Hadıyeviç idarə etdiyi "Fiat Doblo" markalı avtomobillə yolu keçən piyadanı vurub.
Ağır xəsarət alan şəxs hadisə yerindəcə keçinib.
İlkin araşdırmalar zamanı məlum olub ki, ölən şəxs 1991-ci il təvəllüdlü Əliyev Cəlal Cümşüd oğludur.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
S.Xankişiyeva
772