“Hilton” hoteldə yanğın olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hilton” hoteldə yanğın olub – FOTO

15:44 - 25 / 12 / 2018
“Hilton” hoteldə yanğın olub – FOTO

Bakıda hoteldə yanğın hadisəsi baş verib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hadisə paytaxtın Neftçilər prospektindəki "Hilton" hoteldə baş verib.

Hotelin qazanxanasının tüstü bacasında qəfil yanğın baş verib.

Hadisə nəticəsində hoteldə olanlar təxliyə olunub və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib.

Qısa müddətdə yanğının qarşısı alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər.

S.Xankişiyeva

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər