Sefilyan Paşinyanı separatçı rejimdə dəyişikliyə çağırıb

Qondarma "Dağlıq Qarabağ Respublikasında" gərgin vəziyyət yaranıb.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu “Sasna-Tser” partiyasının fəxri üzvü Jirayr Sefilyan deyib.
O, vurğulayıb ki, inqilab dalğası qondarma “DQR” də çatmalı idi: “Bir qədər sonra da ola bilər, əsas nəticədir. Orada dəyişikliklər edilməlidir”.
Sefilyan separatçı qurumda müdafiə ordusunun komandanlığının dəyişdirilməsi səbəbini bildiyini əlavə edib:
“Ancaq bütün bunların açıq şəkildə tədqim edilməsi daha ədalətli olardı ki, bu insanın belə bir vacib vəzifədən niyə azad edilməsinin səbəbini insanlar bilsinlə"r.
Sefilyan separatçı rejimdə insanların dəyişiklik gözlədiyini və Paşinyanı bu dəyişikliyi etməyə çağırıb:
"Mənim Bako Saakyanla heç bir şəxsi problemim yoxdur, lakin bu, insanların tələbidir - fundamental dəyişikliklər baş verməlidir. Biz Paşinyanı “DQR”də radikal siyasi dəyişikliklərə başlamağa çağırırıq ".
P.Sultanova