PAŞA Sığorta: Sığorta haqqını artıq BirKartla ödəyə bilərsiniz
Evini, avtomobilini PAŞA Sığortaya etibar edib sığortalayanlar, artıq sığorta haqqını BirKartla 3 və 6 aya faizsiz taksitlə ödəmə şansını əldə edəcəklər.
Əlavə olaraq BirKart Cashback ilə birdəfəlik ödənişlərin 2%-ı hesaba geri qayıdacaq. Bu imtiyaz PAŞA Sığortanın ofislərindən əldə olunacaq bütün növ könüllü sığortalara aiddir.
Qeyd edək ki, hal hazırda KapitalBank BirKart müştəriləri üçün BirKart-ın partnyor mağazalarında taksitli alış-veriş edən müştərilər əlavə olaraq 3 taksit əldə edəcəklər.
6 yanvar 2019-cu il tarixinədək davam edən aksiyada, həm Bakı, həm də regionlardakı partnyor mağazalar iştirak edir. Misal üçün, PAŞA Sığortadan 6 aylıq taksitlə təklif olunan sığorta məhsulu əldə etdikdə ödəniş müddəti 6 ay deyil, 9 ay olacaq.
PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Reklam hüququnda