Azərbaycan Beynəlxalq Bankı səhmdarlarının ümumi yığıncağı keçirilib
Dekabrın 25-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib.
Yığıncaqda Bankın İdarə Heyəti sədrinin təyinatı məsələsinə baxılıb. 2018-ci ilin martından bu vəzifəni müvəqqəti icra edən Abbas İbrahimov Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.
Səhmdarların Ümumi Yığıncağında bankın törəmə müəssisələrinə dair bir sıra məsələlərə də baxılıb və müvafiq qərarlar verilib. Eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin fəaliyyət göstəricilərinə, o cümlədən 2018-ci ilin 11 ayı üzrə maliyyə nəticələrinə dair hesabata münasibət bildirilib.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin www.facebook.com/azerbaycanbeynelxalqbanki/ rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Reklam hüququnda