Xalq artistinin ayağı amputasiya edildi | 1news.az | Xəbərlər
Mədəniyyət

Xalq artistinin ayağı amputasiya edildi

10:37 - 28 / 12 / 2018
Xalq artistinin ayağı amputasiya edildi

Dünən axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir.

1news.az-ın verdiyi xəbərə görə,  bu sözləri “Sputnik Azərbaycan”a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.

Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb:

“Atamın qanqrena olan ayağı son qərara əsasən, nə dizdən, nə də topuqdan deyil, yalnız barmaq hissədən amputasiya olunub. Hazırda yatır”.

Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.

S.Xankişiyeva

 

Paylaş:
1024

Son xəbərlər

Bütün xəbərlər