Bu il ehtiyac meyarı 143 manat, yaşayış minimumu isə 180 manat olacaq
Bu il Azərbaycanda ehtiyac meyarı 143manat, yaşayış minimumu isə ölkə üzrə 180 manat olacaq.
1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu il ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq olunub. 2019-cu il üçün yaşayış minimumu isə ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilib.
1news.az
647