Müəllimlik ixtisasını seçənlərin sayı artıb

Keçən il ümumi təhsil müəssisələrində çalışan 16 153 müəllim diaqnostik qiymətləndirilmədən keçib.
1news.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin “2018-ci ilin təhsil nailiyyətləri” adlı hesabatında qeyd olunub.
Məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 51 min namizəd elektron ərizə ilə müraciət edib. 6000-dən artıq namizəd müəllim adını qazanaraq işə qəbul olunub.
2018-ci ildə 500 və daha artıq bal toplayan məzunlar arasında müəllimlik ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu, 2013-cü ilə nisbətən 2,3 dəfə, ötən ilə nisbətən isə 53,6 faiz artım deməkdir.
1news.az
1317