Bakı Baş Gömrük İdarəsinin sahibkarlara "maneələr" yaratması ilə bağlı məlumatlara münasibət - RƏSMİ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı Baş Gömrük İdarəsinin sahibkarlara "maneələr" yaratması ilə bağlı məlumatlara münasibət - RƏSMİ

14:44 - 03 / 01 / 2019
Bakı Baş Gömrük İdarəsinin sahibkarlara "maneələr" yaratması ilə bağlı məlumatlara münasibət - RƏSMİ

Bir sıra kütləvi informasiya vasitələrində Bakı Baş Gömrük İdarəsinin (BBGİ) sahibkarlara "maneələr" yaratması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Belə ki, məlumatda Adil Haqverdiyev adlı şəxs Türkiyədən mebel idxal etdiyini və həmin mebelin gömrük rəsmiləşdirilməsi zamanı həyata keçirilən qiymətləndirmə prosesində malın dəyərinin süni şəkildə artırıldığını iddia edir.

Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, Aqil Haqverdiyevin ölkəyə idxal etdiyi mebelin qiymətləndirilməsi zamanı malın dəyərindən aşağı göstərildiyi müəyyən edilib və qanunvericiliyə uyğun olaraq qiymətləndirmə aparılıb. Eyni zamanda, bununla əlaqədar ekspertiza təyin olunub və ekspert rəyi də gömrük orqanlarının malların dəyərindən aşağı göstərildiyinə dair şübhələrini təsdiqləyib.

Aqil Haqverdiyevin Bakı Baş Gömrük İdarəsinin rəhbərliyi ilə görüşə bilməməsi iddialarına gəlincə isə o, üç dəfə Bakı Baş Gömrük İdarəsinin rəis müavini, iki dəfə isə BBGİ Gömrük əməliyyatları idarəsinin rəisi ilə görüşüb, ona qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının haqlı tələbləri ilə bağlı izahat verilib.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, ölkəmizin gömrük orqanları daim qanuni ticarətin yanındadır və gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları tərəfindən malların dəyərinin azaldılmasına qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək.

S.Xankişiyeva

 

Paylaş:
544

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər