Nəşr aktivliyi sahəsində son 25 ilin ən yüksək göstəricisi qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəşr aktivliyi sahəsində son 25 ilin ən yüksək göstəricisi qeydə alınıb

17:01 - 03 / 01 / 2019
Nəşr aktivliyi sahəsində son 25 ilin ən yüksək göstəricisi qeydə alınıb

Keçən il I-XI sinifləri üçün 338 adda 7 246 037 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. 

1news.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin “2018-ci ilin təhsil nailiyyətləri” adlı hesabatında qeyd olunub.

Məlumata görə, dərsliklərin elektron variantları www.e-derslik.edu.az və www.trims.edu.az saytlarında müxtəlif formatlarda yerləşdirilib.

www.video.edu.az portalında ümumilikdə 560 videodərs, www.e-derslik.edu.az portalında isə müxtəlif fənlər üzrə ümumi 219  elektron dərslik, metodik vəsait və sinifdənxaric oxu vəsaitləri var.

Nəşr aktivliyinin son 3 ildəki artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə nəşrlərin sayı 1160 olmaqla son 25 ilin ən yüksək göstəricisi qeydə alınıb, onların təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb.

1news.az

Paylaş:
805

Son xəbərlər

Bütün xəbərlər