Sabah hava necə olacaq? | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah hava necə olacaq?

13:30 - 04 / 01 / 2019
Sabah hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabr ayının 5-nə olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz  9-12, Bakıda gecə  4-6, gündüz 10-12  dərəcə  isti təşkil edəcək.

Atmosfer  təzyiqi  761  mm  civə  sütunundan  765  mm  civə sütununa yüksələcək.  Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. 

Azərbaycanın rayonlarında yanvarın 5-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti təşkil edəcək.

Meteoroloqların xəbərdarlığına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. 

Azərbaycanın rayonlarında yanvarın 4-ü gündüz, 5-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

Babək Cahandarov

Paylaş:
418

Son xəbərlər

Bütün xəbərlər