“Sahil” stansiyasında eskalatorun dayanma səbəbi məlum oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

“Sahil” stansiyasında eskalatorun dayanma səbəbi məlum oldu

15:51 - 04 / 01 / 2019
“Sahil” stansiyasında eskalatorun dayanma səbəbi məlum oldu

Bakı metrosunun "Sahil" stansiyasında eskalator dayanıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, eskalatorun dayanması sərnişinin səhvi üzündən baş verib: "Sərnişinlərdən biri stansiyada yeni quraşdırılan eskalatorun təhlükəsizlik fırçaları ilə palçıqlı ayaqqabılarını silib. Nəticədə eskalator dayanıb. Dərhal digər eskalator hərəkətə salınıb".

B.Məmmədovun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, eskalator palçığa reaksiya verib və buna görə dayanıb: "Hazırda problem aradan qaldırılıb və həmin eskalator da təmizlənəndən sonra hərəkətə gətirilib".

S.Xankişiyeva

Paylaş:
379

Son xəbərlər

Bütün xəbərlər