Leykozdan əziyyət çəkən üç yaşlı Aylinin müalicəsi üçün yığılan pul oğurlandı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Leykozdan əziyyət çəkən üç yaşlı Aylinin müalicəsi üçün yığılan pul oğurlandı – FOTO

12:24 - 04 / 01 / 2019
Leykozdan əziyyət çəkən üç yaşlı Aylinin müalicəsi üçün yığılan pul oğurlandı – FOTO

Leykoz xəstəliyindən əziyyət çəkən üç yaşlı Aylin Dadaşovanın müalicəsi üçün yığılan pullar naməlum şəxs tərəfindən oğurlanıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə uşağın həkimi, pediatr Günay Rəsulova sosial şəbəkədə paylaşım edib.

“Aylin haqqında yazmışdım. Leykozdan əziyyət çəkən körpə. Məlum, uşağın atası da həyatda olmadığı üçün Aylinin müalicəsinə dəstək üçün hesab açmışdıq və bir miqdar məbləğ toplanmışdı. Yanvarın 1-i Aylinin vəziyyəti qəfildən pisləşdi.

Dünən gecə də Moskvadan azərbaycanlı bir şəxs özünü “həci” kimi təqdim edib kart və hesab nömrəsini istəyib. Deyib ki, hesaba 50 min manat pul köçürürəm, uşağı xaricə aparın. Ailə səhər kartdan pulu götürmək üçün gedəndə acı bir sürprizlə rastlaşır. Hesab boş. Aylardır nə əziyyətlə yığılan pul, ailənin tək ümid yeri, onkoloji xəstə uşağın müalicəsinə yığılan pula göz dikən bu “məxluq”un nömrəsi +79852706090 budur. Banka müraciət olunub, deyiblər ki, pul hansısa oyunlar üçün köçürülüb”.

Uşağın dayısı Rahil Cəfərovun sözlərinə görə, həmin şəxs Aylinə yardım edəcəyini dediyi üçün ondan heç nə soruşmayıblar:

“Daha əvvəl də Aylinə yardım etmək üçün bizə zəng edirdilər. Kartın nömrəsini istəmişdilər, vermişdik. Çox vaxt adlarını, kimliklərini soruşanda Allah bəndəsi deyirdilər. Mən də ona görə soruşmadım ki, kimdir. Dedi ki, Rusiyadan zəng edirəm. Guya səkkiz yaşlı qızı Aylinin fotosunu görüb, pis olub. O da onun xətrinə bizə kömək etmək istəyib.

Türkiyədə müalicə üçün gərəkli olan 50 min manatı ödəmək istədiyini dedi. Kartın nömrəsini, Aylinin xəstəlik kağızlarını, anasının şəxsiyyət vəsiqəsini və başqa sənədlərin fotosunu da istədi. Hamısını çəkdim, atdım. Dünən olub bu söhbətlər. Bu gün getdim kartı yoxlamağa, balans boşalıb. Karta təxmini 4500-5000 manat arası məbləğ var idi. Hazırda gedirəm polisə ərizə yazmağa. Xahiş edirəm, bizə kömək edin”.

Qeyd edək ki, sosial şəbəkələrdə xüsusi proqramdan istifadə edərək, həmin nömrənin “Hüseyn Vaqif oğlu” adı ilə qeyd olunduğunu yazıblar.

S.Xankişiyeva

 

Paylaş:
1028

Son xəbərlər

ASCO-nun sayca beşinci Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub16 / 11 / 2024, 22:436 gündür Bakıda COP29 həyəcanı davam edir - FOTOREPORTAJ16 / 11 / 2024, 20:13“Qanlıgöl” sututarında təmir-bərpa işləri aparılıb16 / 11 / 2024, 18:07“Barselona” prezidenti Bakıda16 / 11 / 2024, 17:42Biləsuvar sakini Qubadlıda hündürlükdən yıxılaraq ölüb16 / 11 / 2024, 17:20Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilir16 / 11 / 2024, 17:00İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib16 / 11 / 2024, 16:39COP29 ilə Qlobal iqlim diplomatiyası: “Yaşıl enerji” dialoqları16 / 11 / 2024, 16:21İçərişəhərdə uşaqların COP29-a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub - FOTO16 / 11 / 2024, 16:07Kəmaləddin Heydərov İnam Heydər Maliklə görüşdü16 / 11 / 2024, 15:55ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla! - FOTO16 / 11 / 2024, 15:37Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşüb16 / 11 / 2024, 15:1420 yaşlı qadın körpəsini itirdi16 / 11 / 2024, 14:55“Brilyant əl” filminin məşhur aktrisası vəfat edib16 / 11 / 2024, 14:29COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTO16 / 11 / 2024, 14:12BDU-nun dosenti Feyruz Həsənov vəfat edib16 / 11 / 2024, 13:49Türkiyədə zəlzələ olub16 / 11 / 2024, 13:34Anar Məmmədov Samuxda vətəndaş qəbulunda16 / 11 / 2024, 13:20Tərtərdə polis əməkdaşı vəfat edib16 / 11 / 2024, 12:51Qar yağacaq - Sabahın hava proqnozu16 / 11 / 2024, 12:35
Bütün xəbərlər