Azərbaycanda “Donuz qripi”nə yoluxma halı varmı? - Nazirlikdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda “Donuz qripi”nə yoluxma halı varmı? - Nazirlikdən AÇIQLAMA

12:49 - 07 / 01 / 2019
Azərbaycanda “Donuz qripi”nə yoluxma halı varmı? - Nazirlikdən AÇIQLAMA

Azərbaycanda "Donuz qripi"nə yoluxma halları mövsüm ərzində qeydə alınmayıb.

1news.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olub, "Donuz qripi" aşkar olunmayıb.

Nazirlikdən qeyd edilib ki, mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi son illərin orta göstəricisini aşmayıb. Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir.

Bununla bağlı, tibb müəssisələrinə ağır kəskin respirator xəstəlik halları barədə müraciət olduğu halda, dərhal yerli Gigiyena və Epidemiologiya Mərkəzlərinə məlumat verilir, şübhəli xəstələrdən götürülmüş nümunələr isə Respublika Taun Əleyhinə Stansiyasına çatdırılır, Respublikanın şəhər və rayonların Gigiyena və Epidemiologiya Mərkəzləri əhalinin kütləvi məskunlaşdığı yerlərdə sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi riayət edilməsinə dair nəzarəti gücləndirib.

Nazirlikdən bildirilib ki, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib. Sərhəd keçid məntəqələrində hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar təchiz edilib.

Xatırladaq ki, Gürcüstanda H1N1 virusuna (donuz qripi) yoluxmadan ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda 130-a yaxın insan virusdan xəstəxanada müalicə alır.

1news.az

Paylaş:
851

Son xəbərlər

ASCO-nun sayca beşinci Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub16 / 11 / 2024, 22:436 gündür Bakıda COP29 həyəcanı davam edir - FOTOREPORTAJ16 / 11 / 2024, 20:13“Qanlıgöl” sututarında təmir-bərpa işləri aparılıb16 / 11 / 2024, 18:07“Barselona” prezidenti Bakıda16 / 11 / 2024, 17:42Biləsuvar sakini Qubadlıda hündürlükdən yıxılaraq ölüb16 / 11 / 2024, 17:20Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilir16 / 11 / 2024, 17:00İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib16 / 11 / 2024, 16:39COP29 ilə Qlobal iqlim diplomatiyası: “Yaşıl enerji” dialoqları16 / 11 / 2024, 16:21İçərişəhərdə uşaqların COP29-a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub - FOTO16 / 11 / 2024, 16:07Kəmaləddin Heydərov İnam Heydər Maliklə görüşdü16 / 11 / 2024, 15:55ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla! - FOTO16 / 11 / 2024, 15:37Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşüb16 / 11 / 2024, 15:1420 yaşlı qadın körpəsini itirdi16 / 11 / 2024, 14:55“Brilyant əl” filminin məşhur aktrisası vəfat edib16 / 11 / 2024, 14:29COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTO16 / 11 / 2024, 14:12BDU-nun dosenti Feyruz Həsənov vəfat edib16 / 11 / 2024, 13:49Türkiyədə zəlzələ olub16 / 11 / 2024, 13:34Anar Məmmədov Samuxda vətəndaş qəbulunda16 / 11 / 2024, 13:20Tərtərdə polis əməkdaşı vəfat edib16 / 11 / 2024, 12:51Qar yağacaq - Sabahın hava proqnozu16 / 11 / 2024, 12:35
Bütün xəbərlər