Sabahın havası ilə bağlı meteoroloqlardan XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın havası ilə bağlı meteoroloqlardan XƏBƏRDARLIQ

13:30 - 08 / 01 / 2019
Sabahın havası ilə bağlı meteoroloqlardan XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvar ayının 9-na olan hava proqnozunu açıqlayıb.

Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyinin axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, gecəyə doğru arabir şiddətlənəcəyi gözlənilir. 

Havanın temperaturu  gecə 5-7, gündüz  9-12, Bakıda  gecə  5-7, gündüz  9-11 dərəcə isti təşkil edəcək. 

Atmosfer  təzyiqi  754 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət  80-90 faiz olacaq. 

Azərbaycanın rayonlarında yanvarın 9-da bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 7-11 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji xəbərdarlığa görə, yanvarın 9-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyinin yanvarın 9-u axşamdan 10-u gündüzədək güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir. Meteoroloji amillərin qısa müddətə belə təzadlı dəyişkənliyi əksər əhali üçün əlverişsizdir.

Meteoroloqların xəbərdarlığına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 9-da arabir güclənən cənub-qərb küləyinin 9-u axşam güclü şimal-qərb küləyi ilə əvəz olunacağı, 10-da gecə və səhər arabir şiddətlənəcəyi, yanvarın 9-da bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 9-10-da qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclü olacağı, yanvarın 09-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Babək Cahandarov

Paylaş:
804

Son xəbərlər

Bütün xəbərlər