Yasamaldakı evdə partlayışın səbəbi ehtiyatsızlıq olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamaldakı evdə partlayışın səbəbi ehtiyatsızlıq olub

14:13 - 09 / 01 / 2019
Yasamaldakı evdə partlayışın səbəbi ehtiyatsızlıq olub

Xəbər verdiyimiz kimi, yanvarın 9-da gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli ikiotaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib.

Yasamal Rayon İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, həmin ünvanda aparılan ilkin araşdırmalardan hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi məlum olub. Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub. Məsələnin araşdırılması davam edir.

S.Xankişiyeva

 

Paylaş:
375

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər