Qarabağda bir erməni ailəsinin üç üzvü ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağda bir erməni ailəsinin üç üzvü ölüb

09:24 - 09 / 01 / 2019
Qarabağda bir erməni ailəsinin üç üzvü ölüb

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində bir erməni ailəsinin üç üzvü ölüb.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, onlar dəm qazından zəhərləniblər.

Dünyasını dəyişənlər Şuşa şəhərində yaşayan ər və arvad, S.M. (1986-cı ildə təvəllüdlü) və A.A. (1990-cı il təvəllüdlü) və oğlanları J.M. (2014-ci ildə doğumlu). Digər bir uşaq isə  J.M. (2011) Xankəndindəki uşaq xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Hadisə araşdırılır.

P.Sultanova

 

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər