Gömrük-keçid məntəqələrində “donuz qripi” əleyhinə xüsusi avadanlıq quraşdırılıb
Azərbaycanın bütün gömrük-keçid məntəqələrində "donuz qripi" əleyhinə xüsusi avadanlıq quraşdırılı.
1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.
Onun sözlərinə görə, komitə bu məsələdə Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edir: "Əhalinin təhlükəsizliyi, sağlamlığı ilə bağlı bütün parametrlər nəzərə alınıb. Hesab edirəm ki, bu sahədə biz kifayət qədər nəticələr əldə etmişik. Bu gün də gücləndirilmiş iş rejimində çalışırıq. Əhalinin həm məlumatlandırılması, eyni zamanda xəstəliyin Azərbaycana gəlməməsi üçün xüsusi dezinfeksiyaedici, karantin sahələr elan olunub. Hər bir şey nəzarətimizdədir".
1news.az
594