Bu il manatın məzənnəsi necə dəyişəcək? - Ekspert ŞƏRHİ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bu il manatın məzənnəsi necə dəyişəcək? - Ekspert ŞƏRHİ

11:12 - 14 / 01 / 2019
Bu il manatın məzənnəsi necə dəyişəcək? - Ekspert ŞƏRHİ

Ötən ilin yekunları göstərir ki, manatın məzənnəsinə neftin dünya bazar qiyməti və qeyri-neft ixracatımızdakı tərəfdaş ölkələrin milli valyutalarının kursu ilə yanaşı idxalın həcmi birbaşa təsir göstərir. İdxalın artması dollara tələbi yüksəldir.

1news.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bu il manatın məzənnəsinin necə dəyişəcəyi barədə danışarkən bildirib.

O deyib ki, 2018-ci ildə aylar üzrə dollara tələbin dəyişməsi dinamakasına diqqət yetirəndə, əsasən idxal artan aylarda dollar alışı yüksəlib. İdxalın artması fonunda dollara tələb də artıb.

Eyni zamanda, idxalın artım dinamikası ilə büdcə xərcləmələri arasında da əlaqə var. Yəni, büdcədən çox xərcələnəndə, çox idxal olur və bu da dollara tələbi artırır. Çünki idxal etmək üçün dollar lazımdır. Bu il dövlət büdcəsindən 25 milyard 190 milyon manat xərcləmək nəzərdə tutulub. 2018-ci ildə büdcə xərcləri 21 milyard 047 milyon manat proqnozlaşdırılmışdı. Bu isə o deməkdir ki, büdcə xərcləmələri 2019-cu ildə ötən ilə nisbətən 17 faiz yüksək olacaq. Deməli, 2019-cu ildə neftin dünya bazar qiymətinin hansı səviyyədə olmasından asılı olmayaraq, dollara tələb artacaq. Bunun əsas səbəbi isə bu il idxalın artacağı ilə bağlı gözləntilərdir. Belə ki, valyuta hərraclarında satılan xarici valyutanın 90 faizindən çoxu idxal məqsədi ilə istifadə olunur. Hazırda yığım məqsədi ilə dolların alanların sayı əvvəlki illər ilə müqayisədə azdır. Bu bir tərəfdən, dollarlaşma səviyyəsinin yüksək olması, yəni 2014-2016-cı illərdə yığımların əsasən dollarlaşması ilə bağlıdır. Digər tərəfdən isə, büdcə kanallarından kənar manat bazasının cüzi artması da dollara tələbi azaldır.

Bütövlükdə, valyuta bazarında büdcə xərcləmələri, idxal və dollara tələb arasında kəskin korelasiya var və manatın kursu təhlil edilən zaman bu faktorlar nəzərə alınmalıdır. Təbii ki, bütün bu qiymətləndirmələr fonunda yenə də Mərkəzi Bankın mövqeyi həlledici olaraq qalır”, deyə ekspert vurğulayıb.

Neftin dünya bazar qiymətinin necə dəyişəcəyinə gəlincə, onun sözlərinə görə, Brent markalı neftin bir barelinin yanvarın ilk 10 günündə dünya bazarında 60 dollardan baha satılması biznes dairələrində enerjinin qiymətlərinin daha da artacağına inam yaratsa da, Kanadada neft quyularının sayının artması ilə bağlı açıqlama yenidən qiymətin azalmasına səbəb oldu:

“Neft bazarındakı tendensiya göstərir ki, OPEK-in cəhdlərinə baxmayaraq, hələlik yüksək qiymətlər real deyil. Neftin qiyməti azalanda Şimali Amerikada şist neft hasil edən quyuların sayı azalsa da, qiymətin 60 dolları keçməsi yenidən sözügedən istehsalı rentabelli edir və bu da yenidən təklifi artıraraq qiyməti azaldır.

Digər tərəfdən də, 2019-ci il üçün qlobal iqtisadiyyat üçün proqnozlar nikbin deyil. Bu isə o deməkdir ki, xüsusi fors-major halları baş verməzsə bu il neftin qiyməti yüksək olmayacaq”.
1news.az

 

Paylaş:
771

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər