Tərtərdə ailəli qadınla mesajlaşan şəxsə işgəncə verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Tərtərdə ailəli qadınla mesajlaşan şəxsə işgəncə verilib

15:51 - 15 / 01 / 2019
Tərtərdə ailəli qadınla mesajlaşan şəxsə işgəncə verilib

Tərtər rayonunda SMS yazdığı qadının yaxınları tərəfindən döyülən şəxs özünə xəsarət yetirib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, rayonun Ələsgərli kənd sakini 43 yaşlı E.Z. özünə bıçaqla xəsarət yetirdiyi üçün xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı onun həmkəndlisi 28 yaşlı qadınla mesajlaşdığı səbəbindən qadının əri 35 yaşlı Fariz Əliyev, qardaşları Ramin və Ruslan, əmisi oğlanları Zamin və Bəkirlə birlikdə E.Z.-nı çay kənarına apararaq döymələri, şəxsiyyətini alçaltmaları, əl-qolunu bağlayaraq avtomobilin yük yerinə qoymaları məlum olub. E.Z. daha sonra cibində olan bıçaqla özünə xəsarət yetirərək həmin şəxslərin əlindən xilas olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

S.Xankişiyeva

 

Paylaş:
623

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər