Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

09:24 - 15 / 01 / 2019
Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Bakının Binəqədi rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) 1news.az-a bildirilib ki, Binəqədi rayonu, Cavadxan küçəsində diametri 159 millimetrlik orta təzyiqli yeraltı qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi və yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar yanvarın 15-də saat 10:00-dan təmir işləri tamamlananadək rayonun 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Biləcəri qəsəbələrinin və Motodrom yaşayış sahəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

“Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

1news.az

Paylaş:
995

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər