Röya: “Yumurta qədər hörmətimiz yoxdur” - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Röya: “Yumurta qədər hörmətimiz yoxdur” - FOTO

16:58 - 16 / 01 / 2019
Röya: “Yumurta qədər hörmətimiz yoxdur” - FOTO

Dünya gündəmini yumurta şəklinin instaqramda 45 milyon “like” yığması zəbt edib.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, sözügedən görüntü ən çox bəyənilən foto olan Kayli Cennerinin rekordunu yeniləyib. Belə ki, instaqramda 123 milyon izləyicisi olan Kaylinin övladı ilə şəklinə 13 milyon “like” gəlib.

Bundan sonra Kaylini geridə qoymaq üçün rəsmi olaraq “world_record_egg” adlı hesab yaradılıb və ilk foto kimi yumurtanın görüntüsü paylaşılıb. Qısa müddətdə 7 milyon izləyicisi olan səhifədə sözügedən fotonu 45 milyon izləyici bəyənib. Bununla da, Kaylinin birincilik taxtı əlindən alınıb.

Sosial şəbəkələrdə isə hər kəs həmin mövzunu müzakirə etməyə başlayıb. Yumurta məsələsinə toxunanlar arasında yerli məşhurlar da olub. Əməkdar artist Röya Ayxan yumurta fonunda hazırlanan şəklini instaqram səhifəsində paylaşaraq yumoristik bir rəy yazıb:

“Madam ki, 1 yumurta 37 milyon (dünənki göstərici) “Like” yığırsa, dünyada olan fotosessiyalar sevgi qazana bilməyibsə… Yumurta qədər hörmətimiz yoxdur. Mən də belə fonda şəkil paylaşmaq qərarına gəldim. Əgər bu şəkil 1 milyon “like” toplamasa, səhifəmi oğluma verəcəm. Onsuz o, rəsmiləşmiş səhifə istəyir. Heç olmasa evdə hörmətli olarıq”.

Qeyd edək ki, sözügedən yumurta fotosu İnstaqram-da 45 milyondan çox bəyənmə alıb və onun "like" sayı artmaqda davam edir.

1news.az

Paylaş:
1084

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər