Qərargah: Dənizdə dalğanın hündürlüyü 5 metri keçir | 1news.az | Xəbərlər
Cəmiyyət

Qərargah: Dənizdə dalğanın hündürlüyü 5 metri keçir

13:51 - 17 / 01 / 2019
Qərargah: Dənizdə dalğanın hündürlüyü 5 metri keçir

Yanvarın 17-si saat 12:00-ə olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyi arabir saniyədə 28-36 metrədək şiddətlənib. Dalğanın hündürlüyü Günəşli yatağında 5,3 metrə çatıb.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan qərargahdan məlumat veriblər.

Məlumata görə, respublikanın əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcə isti təşkil edir və sulu qar yağır.

1news.az

Paylaş:
1345

Son xəbərlər

Bütün xəbərlər