Bakıda hündürmərtəbəli binada yanğın olub: 4 nəfər təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda hündürmərtəbəli binada yanğın olub: 4 nəfər təxliyə edilib

09:43 - 17 / 01 / 2019
Bakıda hündürmərtəbəli binada yanğın olub: 4 nəfər təxliyə edilib

Bakıda hündürmərtəbəli binaların birində yanğın olub.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 62 m² olan 3 otaqlı mənzilin mətbəxində 8 m² sahədə mebel və 3 ədəd məişət avadanlığı yanıb.

Yanğın zamanı mənzildən 4 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
439

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər