SOCAR İstiqrazlarının növbəti faiz ödənişi baş tutdu | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR İstiqrazlarının növbəti faiz ödənişi baş tutdu

11:24 - 17 / 01 / 2019
SOCAR İstiqrazlarının növbəti faiz ödənişi baş tutdu

Dollarda illik 5 faiz gəlir gətirən və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının sayca 9-cu faiz ödənişi edilib və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 11 milyon 250 min dollara yüksəlib.

2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR İstiqrazları üzrə qarşıdakı rüblərdə daha 11 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 13 milyon 750 min dollar qazanmış olacaqlar (toplamda 25 milyon dollar.)

1news.az-a “SOCAR Capital” şirkətindən verilən xəbərə görə, hər istiqraz üçün 12.5 dollar olmaqla, ümumilikdə 1 milyon 250 min dollar vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı hesabına köçürülüb və həmin vəsaitlər artıq bu gündən istiqraz sahiblərinin bank hesablarında olacaq.

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alğı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 170 milyon dolları ötüb və Bakı Fond Birjasında (BFB) ən çox alınıb–satılan qiymətli kağızdır – 2018-ci ildə 800-dən çox əqd bağlanıb. Hətta böyük tələbat nəticəsində SOCAR İstiqrazlarının market–meyker satış qiyməti 16 yanvar tarixində ilk dəfə 1045 dollara yüksəlmişdir.

1 və 5 saylı ASAN xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının 2018-ci il üzrə ölkənin ümumi istiqraz bazarındakı payı 24%, korporativ istiqraz bazarındakı payı isə 87% təşkil edib.

İstiqrazlar üzrə növbəti faiz ödənişinin 17 aprel tarixində baş tutacağı bildirilib.

S.Xankişiyeva

 

 

Paylaş:
544

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər