OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib | 1news.az | Xəbərlər
İqtisadiyyat

OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib

14:22 - 18 / 01 / 2019
OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib

OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının Bakıda keçirilmə tarixləri razılaşdırılıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva məlumat verib.

“OPEC Katibliyindən Energetika Nazirliyinə daxil olmuş məktubda Müştərək Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq bu il martın 17-18-də keçirilməsi təklif olunub”, - deyə o bildirib.

Z.Əliyeva əlavə edib ki, Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə OPEC çərçivəsində irəli sürülən təşəbbüsləri ilk vaxtdan dəstəkləyib. 2016-cı ildən etibarən Azərbaycan OPEC+ formatında neft bazarının balanslaşdırılması prosesinin fəal iştirakçısı olub və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib.

S.Xankişiyeva

 

Paylaş:
425

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər