AZAL-dan qış aksiyası: valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL-dan qış aksiyası: valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet

16:28 - 21 / 01 / 2019
AZAL-dan qış aksiyası: valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet

Azərbaycan Hava Yolları (AZAL) ailəsi ilə səyahət edənlər üçün qış aksiyası elan edir.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, 2019-cu il fevralın 1-dən 28-dək olan tarixlərə iki böyük üçün (sərnişinlərin valideynlər və qəyyumlar olması şərtilə) aviabilet aldıqda, aviaşirkət eyni uçuşa 12 yaşadək bir uşağa pulsuz aviabilet təqdim edir.

Aksiya aviaşirkətin göstərilən tarixlərdə beynəlxalq aviareyslərinin həyata keçiriləcəyi bütün istiqamətlərə şamil edilir.

Biletləri yanvarın 21-dən etibarən AZAL-ın kassalarında, aviaşirkətin rəsmi agentliklərində və www.azal.az saytında təxsis etmək və əldə etmək mümkündür. Uşağa pulsuz aviabiletin verilməsi üçün valideynlər səyahət edən sərnişinlərin sənədlərini [email protected] elektron ünvanına göndərərək çarğı mərkəzinə müraciət edə və ya aviaşirkətin rəsmi satış kassalarına yaxınlaşa bilərlər. 

Aksiya çərçivəsində sərnişinlər AZAL-Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı barədə ətraflı məlumat aviaşirkətin www.miles.azal.az  saytında təqdim edilmişdir. Proqram iştirakçısı olmayan şəxslərə http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az keçidi vasitəsilə qeydiyyatdan keçməyi təklif edirik.

Aviabiletlərin alınması ilə əlaqədar və ətraflı məlumat üçün aşağıdakı telefon nömrələri ilə müraciət edilməlidir:

(+99412) 598-88-80 (Azərbaycandan zənglər üçün qısa nömrə: *8880)

Elektron poçt: [email protected]

WhatsApp: (+99450) 437-40-82 (yalnız yazılı müraciətlər üçün, bu nömrəyə zənglər qəbul edilmir)

AZAL Miles bonus proqramına dair sualları [email protected] ünvanına, yaxud www.azal.az saytında doldurulan  əlaqə forması vasitəsilə göndərə bilərsiniz.

S.Xankişiyeva

 

Paylaş:
622

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər