Kənd təsərrüfatı naziri Xaçmazda vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kənd təsərrüfatı naziri Xaçmazda vətəndaşlarla görüşəcək

17:12 - 21 / 01 / 2019
Kənd təsərrüfatı naziri Xaçmazda vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 25-də Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən 1news.az-a bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-524-84-15) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

1news.az

Paylaş:
656

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər