“Gənclik Mall”un qarşısında bahalı maşın yandı | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gənclik Mall”un qarşısında bahalı maşın yandı

15:35 - 23 / 01 / 2019
“Gənclik Mall”un qarşısında bahalı maşın yandı

Bakıda yanğın hadisəsi baş verib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, hadisə Fətəli Xan Xoyski küçəsində küçəsində “Gənclik Mall”un qarşısında qeydə alınıb.

“Mercedes E-class” markalı avtomobil alış-veriş mərkəzinin qarşısında alışıb.

Avtomobildə və ətraf maşınlarda olan yanğınsöndürən balonların köməyi ilə alov söndürülüb.

Hadisə yerinə FHN əməkdaşları da cəlb olunub.

S.Xankişiyeva

 

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər