Azərbaycan iqtisadi göstəricilərinə görə “US News and World Report” jurnalının reytinqində 70-cidir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan iqtisadi göstəricilərinə görə “US News and World Report” jurnalının reytinqində 70-cidir

15:45 - 24 / 01 / 2019
Azərbaycan iqtisadi göstəricilərinə görə “US News and World Report” jurnalının reytinqində 70-cidir

ABŞ-ın “US News and World Report” jurnalının tərtib etdiyi reytinqdə Azərbaycan iqtisadi göstəricilərinə görə 70-ci pillədə qərarlaşıb. Ölkəmiz reytinqdə biznes mühitinin açıqlığı və iqtisadiyyatın artım tempinə görə ən çox xal toplayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, reytinqin tərtibatçıları Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının olduğunu, buna görə də ölkədə göstəricilərin orta səviyyəni ötdüyünü, iqtisadi inkişaf tempinin və savadlılığın yüksək olduğunu vurğulayırlar.

Həmçinin qeyd olunur ki, yaxşı göstəricilərin qorunub saxlanılması işsizlik səviyyəsinin və yoxsulluğun azalması, bir çox hallarda iqtisadiyyatın şaxələndirilməsi, eləcə də insanların işlə təmin olunması üçün istehsal sahələrinin genişləndirilməsi ilə əlaqədardır.

Budəfəki reytinqdə ümumilikdə 80 ölkənin göstəricilərinə baxılıb və ölkələlər 9 meyar üzrə qiymətləndirilib. Turizm və sosial sahənin inkişafı, iqtisadi artım, əhalinin yaşayış səviyyəsi həmin meyarlardandır.

2016-cı ildəki reytinqdə Azərbaycan 60 ölkə arasında 53-cü, 2017-ci ildə 80 ölkə arasında 69-cu, 2018-ci ildə isə Azərbaycan 64-cü yeri tutub.

Region ölkələrindən Gürcüstan və Ermənistanın daxil edilmədiyi reytinqə İsveçrə başçılıq edir. İlk onluqda isə Yaponiya, Kanada, Almaniya, Böyük Britaniya, İsveç və Avstraliya qərarlaşıb. Sonuncu yerlərdə isə Anqola, İran və İrak qərarlaşıb.

Reytinq “US News & World Report”, “BAV Consulting” konsaltinq şirkəti və Pensilvaniya Universiteti ilə birgə tərtib olunub. Reytinq bütün dünya üzrə 21 min nəfər arasında aparılmış sorğunun nəticələrinə görə hazırlanıb.

S.Xankişiyeva

Paylaş:
414

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər