Biznes kreditini Unibank-dan al, faizlərin 10%-dək hissəsini İpoteka və Kredit Zəmanət Fondu ödəsin | 1news.az | Xəbərlər
İqtisadiyyat

Biznes kreditini Unibank-dan al, faizlərin 10%-dək hissəsini İpoteka və Kredit Zəmanət Fondu ödəsin

12:30 - 24 / 01 / 2019
Biznes kreditini Unibank-dan al, faizlərin 10%-dək hissəsini İpoteka və Kredit Zəmanət Fondu ödəsin

Unibank biznes sahiblərinə çox aşağı faizlə kredit təklif edir.

Bankın İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlığı çərçivəsində ayırdığı çox sərfəli faizli biznes kreditləri ölkəmizdə biznesin inkişafına daha bir dəstəkdir. Həm hüquqi, həm də fiziki şəxs olan iş adamları üçün ayrılan zəmanətli kreditlərin maksimal həddi 5 milyon manatdır.

“Unibank” KB ASC-nin Korporativ biznesin inkişafı departamentinin direktoru Samir Mustafayev hesab edir ki, mövcud bazar şərtləri ilə müqayisədə bir neçə dəfə daha aşağı faizlə verilən bu kreditlər, sahibkarlara bizneslərini böyütmək üçün çox əlverişli imkan yaradır:

“Çox sərfəli faizlə verilən bu kreditlər biznesə böyük dəstəkdir. Məsələn, sahibkar bankdan 16%-lə kredit götürübsə, kreditin illik faiz məbləğinin 10%-ni İpoteka və Kredit Zəmanət Fondu ödəyir, qalan 6%-ni isə müştəri ödəyir. Kreditin biznes sahəsindən asılı olaraq daha uzun müddətə (7 ilədək) və manatla verilməsi biznes sahibləri üçün əlavə bir üstünlükdür. VÖEN sahibi olan hər sahibkar bu kredit məhsulu üçün müraciət edə bilər. Unibank olaraq bundan sonra da biznesin inkişafına öz dəstəyimizi verməkdə davam edəcəyik”. 

Unibankın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

-           Sərfəli tariflər;

-           Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

-           Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

-           Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

-           Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

-           Sənəd dövriyyəsinin minimuma endirilməsi;

-           Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

-           Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank - Biznesinizə daimi dəstək!

Unibank haqqında

Azərbaycanın iki aparıcı özəl bankı – “MBANK” (1992) və “PROMTEXBANK”-ın(1994) 2002-ci ildə birləşməsi nəticəsində Unibank adı altında  fəaliyyətini davam etdirən bank, ölkədə ən iri maliyyə təsisatlarından biridir. Öz maliyyə göstəricilərinə görə, Unibank ölkə bank sektorunun aparıcıları siyahısına daxildir. Bank müxtəlif mülkiyyət formasına və fəaliyyət istiqamətlərinə aid olan korporativ və fərdi müştərilərə xidmət göstərir. Dünyanın nüfuzlu maliyyə qurumlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankın səhmdarları sırasındadır. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. Bank 25 ildən artıq fəaliyyəti dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə bir çox beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.

Reklam hüququnda

 

Paylaş:
437

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər