Türkiyədə qalib olan azərbaycanlı gənc münsifləri ağlatdı: “Bir daha oxumasın...” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyədə qalib olan azərbaycanlı gənc münsifləri ağlatdı: “Bir daha oxumasın...” - VİDEO

12:26 - 24 / 01 / 2019
Türkiyədə qalib olan azərbaycanlı gənc münsifləri ağlatdı: “Bir daha oxumasın...” - VİDEO

Azərbaycanlı tələbə Fərhad Rəhimli Türkiyədə "TRT Müzik" kanalında yayımlanan musiqi yarışmasının qalibi olub.

1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, yüzlərlə iştirakçı arasından seçilən həmyerlimizin ifası hər kəsi duyğulandırıb. Münsiflər heyətinin üzvü Koray Avcı ilə verilişin aparıcısı Duyqu Atakan göz yaşlarını saxlaya bilməyib.

Göz yaşlarına hakim ola bilməyən Koray Avcı "Nə olar bir daha oxumasın, çünki bir də ağlamaq istəmirəm" deyərək Fərhad Rəhimlinin səsinə valeh olduğunu etiraf edib.

Müsabiqənin şərtlərinə əsasən, qalib gələn iştirakçı jüri müğənni ilə duet oxumaq şansı qazanır. Fərhad da bu şansı qazanaraq bəstəkar, musiqiçi və musiqi şərhçisi Koray Avcı ilə duet oxuyub.

Xəzər TV-yə müsahibə verən Fərhad Rəhimli bildirib ki, Azərbaycanın klassik bəstəkar mahnılarını dünyada tanıtmaq və təmsil etmək ən böyük arzusudur.

1news.az

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər