Mehriban Əliyeva üçəmlərin ailəsinə maddi yardım edilməsi barədə göstəriş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehriban Əliyeva üçəmlərin ailəsinə maddi yardım edilməsi barədə göstəriş verib

12:46 - 24 / 01 / 2019
Mehriban Əliyeva üçəmlərin ailəsinə maddi yardım edilməsi barədə göstəriş verib

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib.

1news.az xəbər verir ki, birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fonduna üçəmlərin doğulduğu Vəliyevlər ailəsinə maddi yardım göstərilməsi barədə göstəriş verib.

3 illik övlad həsrətindən sonra üçəmlərə sahib olan ailənin başçıları müvafiq yardım və hədiyyələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

1news.az

 

Paylaş:
673

Son xəbərlər

Bütün xəbərlər