Azərbaycanda ilk dəfə PAŞA Bank fərdi sahibkarlar üçün onlayn müştəri olmaq və hesab açmaq imkanı yaratdı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda ilk dəfə PAŞA Bank fərdi sahibkarlar üçün onlayn müştəri olmaq və hesab açmaq imkanı yaratdı

16:41 - 29 / 01 / 2019
Azərbaycanda ilk dəfə PAŞA Bank fərdi sahibkarlar üçün onlayn müştəri olmaq və hesab açmaq imkanı yaratdı

Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bank unikal bir imkanı – filiala gəlmədən Bankın müştərisi olmaq və onlayn açılmış hesab üzrə rekvizitlərin əldə edilməsi imkanını təqdim edir.

Yeni müştərilərə vaxta qənaət etməklə müxtəlif valyutalarda hesabın açılması üçün onlayn edilən müraciəti bir neçə dəqiqə ərzində rəsmiləşdirmək fürsətini verən bu xidmət hazırda fərdi sahibkarlar üçün əlçatandır. Müştərilərin istifadəsinə verilmiş xidmət minimum tələblərə cavab verir və bu həll davamlı olaraq təkmilləşdirilir. Ölkədə ilk dəfə olaraq fərdi məlumatlar fərdi sahibkarın elektron razılığı əsasında Elektron Hökumət İnformasiya Sistemindən əldə olunaraq vaxta qənaət etməyə imkan verir və müştərilər “Asan İmza” mobil elektron imza vasitəsilə xidmətdən istifadə edərək lazımi sənədləri təsdiqləyirlər.

PAŞA Bankın Baş icraçı direktoru və İdarə Heyətinin sədri Taleh Kazımovun dediklərinə əsasən, 2018-2020-ci illəri əhatə edən İnkişaf Strategiyası çərçivəsində PAŞA Bank müştərilərin işgüzar fəaliyyəti ilə bağlı tələbatlarını öyrənərək müasir texnoloji həllər üzərində işləyir və tezliklə öz müştərilərini digər rəqəmsal həllərlə də sevindirəcək:

 “Sahibkarların əsas diqqəti biznesin strateji idarə olunmasında cəmləşir və bu səbəbdən, vaxta qənaət və onlayn bank xidmətlərindən istifadə ön plana çıxır. PAŞA Bank tərəfindən hazırlanmış və təqdim edilmiş bu imkanın bankla müştərilər arasında münasibətlərin yeni daha təkmil səviyyəyə  qalxmasına, beləliklə, bank sektorunda rəqəmsal həllərin inkişafına töhfə verəcəyinə əminəm. Bu sahədə həyata keçirdiyimiz təşəbbüslər həmçinin ölkəmizin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”-nin  icrasının dəstəklənməsini də hədəfləyir”.

Bundan əlavə, PAŞA Bank yaxın zamanda yeni hüquqi şəxs müştəriləri üçün onlayn müştəri olmaq və hesab açmaq imkanını təqdim edəcək.

Xidmətdən istifadə buradan mümkündür.

Reklam hüququnda

Paylaş:
1680

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər