Şakir Rəhimov: 2018-ci ildə Bank Respublika biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Şakir Rəhimov: 2018-ci ildə Bank Respublika biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib

11:35 - 29 / 01 / 2019
Şakir Rəhimov: 2018-ci ildə Bank Respublika biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib

Bank Respublika 2018-ci ilin maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb.

Hesabata əsasən, Bank ötən il pozitiv dinamikanı davam etdirməyə müvəffəq olmaqla əla əməliyyat və maliyyə nəticələri nümayiş etdirib.

Hesabata əsasən, bankın kapitalında 30% artım, aktivlərində 40% artım, kredit və depozit portfelində isə 50% artım qeydə alınmışdır, qeyri-işlək kreditlərinin payı isə 2 dəfə azalaraq, 5%-dən aşağı düşmüşdür.

Nəticədə bankın xalis faiz mənfəəti 3 dəfə artaraq 25 milyon manat təşkil edib, bankın xalis əməliyyat mənfəəti isə 85% artaraq 9 milyon manatı keçib.

“2018-ci il bank üçün çox uğurlu olub, bunu biznesin bütün sahələri üzrə əldə etdiyimiz uğurlu maliyyə nəticələri təsdiqləyir. Bu, ölkə üzrə bütün müştərilərə keyfiyyətli maliyyə xidmətləri göstərməyə çalışan komandamızın gərgin əməyinin nəticəsidir. Bu il biz kredit portfelinin sağlamlaşdırılması üzrə işləri və bankın yeni biznes strategiyasına uyğun olaraq struktur dəyişikliklərini yekunlaşdırdıq. Bu nəticənin əldə olunmasında bizimlə əməkdaşlıq edən və öz töhfəsini verən bütün müştərilərimizə və tərəfdaşlarımıza təşəkkür edirik! Ötən il əldə etdiyimiz uğurlar bizə gələcəyə inamla baxmağa və 2019-cu il üçün daha iddialı planlar qurmağa imkan verir” – deyə Bank Respublikanın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

Ətraflı məlumatı Bankın rəsmi internet saytındanfacebook səhifəsindən, eləcə də 144 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
1065

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər