“Hindistan - Yeni əsr tibbi turizm məkanı” adlı seminar keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hindistan - Yeni əsr tibbi turizm məkanı” adlı seminar keçirilib - FOTO

10:21 - 31 / 01 / 2019
“Hindistan - Yeni əsr tibbi turizm məkanı” adlı seminar keçirilib - FOTO

Hindistanın ölkəmizdəki səfirliyinin Dehlidə yerləşən BLK Yüksəs İxtisaslaşmış Xəstəxana və Bakıdakı Hind klinikası ilə birgə əməkdaşlığı çərçivəsində Bakıda “Hindistan - Yeni əsr tibbi turizm məkanı” adlı tibbi turizm seminarı təşkil olunub.

1news.az-a səfirlikdən verilən məlumata görə,  seminarda Hindistanın tibb mütəxəssisləri, BLK Yüksəs İxtisaslaşmış Xəstəxanasının Beynəlxalq Pasientlər üçün Transplantasiya Proqramının rəhbəri doktor Areeba Adeeb, səhiyyə müşaviri Kailaş Sati, Hind klinikasından doktor Ronald Dmello, eləcə də Bakının bir sıra peşəkar həkimləri və səhiyyə işçiləri iştirak edib. İştirakçılar ümumilikdə qlobal səhiyyə sisteminin müxtəlif aspektləri və Hindistanın necə seçilən səhiyyə məkanına çevrilməsi barəsində öz fikirlərini paylaşıblar.

İştirakçılar qeyd ediblər ki, Hindistan səhiyyənin ümumi keyfiyyətini müəyyənləşdirən bir sıra amillərdə yüksək nəticələr göstərdiyinə görə, tibbi səyahət üçün yüksək keyfiyyətli məkan kimi illər ərzində inkişaf edib.

Hindistanda qlobal standartlara uyğun xidmətlər təklif edən, Birgə Beynəlxalq Komissiya tərəfindən tanınan 22-dən çox xəstəxana mövcuddur. Hindistanın xəstəxanaları inkişaf etmiş ölkələrin xəstəxanalarına bərabərdir və yüksək keyfiyyətli ürək əməliyyatları, xərçəng xəstəliyinin müalicəsi, estetik cərrahiyə, diz və qovşaqların transplantasiyası və diş müalicəsi kimi bir çox bir çox sahələrdə inkişaf edir. Hindistanda tibbi müalicənin qiyməti dünyada ən aşağı müalicə qiyməti hesab olunur və burada istifadə olunan avadanlıqlar dünyanın ən yaxşı avadanlıqları ilə eyni  keyfiyyətə sahibdir.

Seminarda çıxış edən müvəqqəti işlər vəkili Govindan Pacheni qeyd edib ki, Hindistanda sadəcə olaraq dünya standartlarına cavab verən avadanlıqlar deyil, eyni zamanda ən geniş həkim və paramedik bazası mövcuddur. Hindistanın ən üstün cəhəti odur ki, o öz pasientlərinə münasib qiymətə yüksək keyfiyyətli müalicə təklif edir. Aorta-koronar yanyol əməliyyatları, ürək qapaqlarının təmiri və protezləşdirilməsi və ya qan xərçənginin müalicəsi kimi ciddi xəstəliklərin müalicə məsrəfləri Qərb ölkələri ilə müqayisədə 20 dəfə, Asiya ölkələri ilə isə müqayisədə isə 2 dəfə azdır. Yüksək keyfiyyətin və səmərəli qiymətin bir araya gəlməsi Hindistanı Tibbi Turizmin üstün tutulan məkanına çevirir. Qeyd edildiyi kimi, Bakı və Hindistan şəhərləri arasında birbaşa uçuşların olması Azərbaycandan Hindistana tibbi turizmin inkişafında mühüm rol oynayacaq. Səfirlik tərəfindən seminar iştirakçılarına Hindistanın əsas xəstəxanaları haqqında Azərbcaycan dilində  kataloq təqdim olunub.

P.Sultanova

 

 

Paylaş:
500

Son xəbərlər

Bütün xəbərlər